RUSİYA

İranlı nazirin səfəri öncəsi aktivlik – Blinken Lavrova niyə zəng edib?

Vurğulanır ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Sputnik Azərbaycan xəbər verir ki, nazirlər İranın nüvə proqramını müzakirə ediblər.
Bildirilir ki, tərəflər İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını, həmçinin gündəlikdə olan bir sıra məsələləri müzakirə edib.
TƏHLİL
İran Azərbaycanla münasibətlərindəki gərginliklə hansı planı ört-basdır edir?
Vurğulanır ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, bu gün İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Rusiyaya səfər edəcək. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov oktyabrın 6-da Moskvada Hüseyn Əmirabdullahianı qəbul edəcək.