RUSİYA

Lavrov İranın xarici işlər naziri ilə Ərdoğanın planını müzakirə edib

Rusiyanın xarici işlər naziri Gürcüstanın da bu formata maraq göstərəcəyinə ümid etdiyini bildirib.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə "3+3" formatının yaradılması imkanı müzakirə olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu kontekstdə biz "3+3": üç Cənubi Qafqaz ölkəsinin və üç böyük qonşu – Rusiya, İran və Türkiyə formatının yaradılması təşəbbüsünü müzakirə etdik", - deyə Lavrov qeyd edib.
Lavrov vurğulayıb ki, İranın Türkiyə və Azərbaycan kimi bu təşəbbüsə yanaşması pozitivdir: "Ermənistandan olan həmkarlarımızla işləyirik".
O, Gürcüstanın da bu formata maraq göstərəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olarkən Cənubi Qafqaz ölkələri və regionun üç qonşusunu əhatə edəcək "3+3" əməkdaşlıq formatının yaradılmasını təklif etmişdi.