CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Facebook servisləri niyə çöküb - ilkin mülahizə

İstifadəçilər saytın işləməməsindən, eləcə də serverə qoşulmada problemlərin olmasından şikayətlənirlər.
Sputnik
BAKI, 4 oktyabr - Sputnik. SafeNet MTT mühəndislik mərkəzinin eksperti İqor Bederov Facebook servislərinin bütün dünyada çökməsinin ilkin səbəbini açıqlayıb.
RİA Novosti-yə müsahibəsində Bederov qeyd edib ki, bu, DNS (Domain Name System) - domenlər haqda informasiyanın alınması üçün paylayıcı kompüter sisteminin işindəki nasazlıqla əlaqədardır.
"Mümkündür ki, bu, DNS-lə bağlı olsun. O, qəşəng görünməyən IP ünvan əvəzinə istifadəçilərin mətn linkinin ünvanını yazması üçün istifadə olunur. Hazırda IP ilə keçid işləyir, domen adı ilə keçid isə yox", - ekspert bildirib.
O xatırladıb ki, istənilən problem şirkətin bazar qiymətinə, müştərilərə xidmət göstərməsinə təsir edir.
"Ancaq yaxın gələcəkdə bu çöküşdən şirkətin böyük məbləğdə pul itirəcəyi gözlənilmir", - Bederov deyib.
--------
21:00
Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda Facebook, Instagram və WhatsApp istifadəçiləri tətbiqlərin işləmədiyindən şikayətləniblər.
Bu barədə populyar internet resurslarının işində problemləri izləyən Downdetector saytında məlumat verilib.
Bu barədə ilk məlumat Bakı vaxtı ilə 19:34-də yayılıb.
Facebook-un istifadəçiləri saytın işləməməsindən, eləcə də serverə qoşulmaqda problem yaranmasından şikayətlənirlər. Instagram və Whatsapp-da da mesaj göndərmək, serverə qoşulmaq çətinləşib.
Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, problemlər qlobal xarakter daşıyır.