SƏHİYYƏ

Bakıda koronavirus ocağı

Koronavirusinfo.az saytındakı sonuncu məlumatlara istinadən xəbər verir ki, paytaxtda yoluxma faizi 54.2 faiz təşkil edir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Bakı şəhərinin rayonları üzrə COVID-19 virusuna yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan Koronavirusinfo.az saytındakı sonuncu məlumatlara istinadən xəbər verir ki, paytaxtda yoluxma faizi 54.2 faiz təşkil edir.
DÜNYA XƏBƏRLƏRİ
Dünyada hər dəqiqə COVID-19-dan beş nəfər ölür
Bakı üzrə ən yüksək yoluxma göstəricisi 14.6 faizlə Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13.6 faizi Xətai, 11.8 faizi Sabunçu, 11.8 faizi Yasamal, 8.4 faizi Suraxanı, 7.8 faizi Nərimanov, 7.6 faizi Nəsimi, 7.5 faizi Xəzər, 7.2 faizi Nizami, 4.9 faizi Səbail, 4.4 faizi Qaradağ, 0.5 faizi Pirallahı rayonlarında qeydə alınıb.