İQTİSADİYYAT

Azərbaycandan Yaponiyaya qida məhsulları ixrac ediləcək

Həmçinin Yaponiya məhsullarının Azərbaycana idxalı ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Azərbaycan məhsullarının Yaponiyaya ixracı, həmçinin Yaponiya məhsullarının Azərbaycana idxalı ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında TET International Development şirkətinin prezidenti Taro Savada San deyib.
NEFT-QAZ
Azərbaycanın bəzi qeyri-neft məhsulları Yaponiyaya ixrac oluna bilər
O bildirib ki, yerli məhsul kateqoriyalarına gəldikdə, Azərbaycandan Yaponiyaya fındıq, yağ və digər qida məhsullarının ixracı nəzərdə tutulur.