DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan müxalifəti seçkinin ikinci turuna hazırlaşır

Proporsional sistemlə keçirilən seçkidə, ilkin məlumatlara görə, müxalifət 11 şəhərdə liderdir.
Sputnik
BAKI, 3 oktyabr - Sputnik. Seçkinin ikinci turunda müxalifət daha mobil və yekdil olacaq.
Sputnik Gürcüstan bildirir ki, bunu iri müxalifət təşkilatı olan "Vahid Milli Hərəkat"ın liderlərindən biri Giya Baramidze "Formula" TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, indi hamının bir məqsədi var və ayrı-ayrı partiya maraqları ikinci plana keçib.
"Referendumun ikinci turunda müxalifət spektri daha yekdil olacaq. Biz bütün partiyalara əməkdaşlıq üçün əlimizi uzadırıq. İndi məsələ məhz hansı partiyanın qalib gəlməsində deyil", - Baramidzde deyib.
O qeyd edib ki, növbədənkənar parlament seçkisinin keçirilməsini müxalifət yalnız yerli orqanlara seçki bitəndən sonra tələb edəcək.
İlkin nəticələrə görə, "Vahid Milli Hərəkat" yerli məsləhət orqanlarına proporsional seçkidə 11 şəhərdə - Batumi, Zuqdidi, Tsalencix, Tsxaltubo, Dmanisi, Qardabani, Rustavi, Telavi, Xulo, Senaki və Axmetada - liderdir.
Oktyabrın 2-də Gürcüstanda yerli idarəetmə orqanlarına seçki keçirilib. Vətəndaşlar 64 şəhər və bələdiyyənin merini, eləcə də rayon şuralarının (sakrebulo) 1388 deputatını seçiblər.
Siyasi ekspert Giya Xuxaşvili isə "Gürcü arzusu"nun Tbilisidə nəzarəti əldən verdiyini yazıb. Paytaxtda yerli seçkinin nəticələrini şərh edən Xuxaşvili qeyd edib ki, Tbilisidə uduzmaq hakim partiyanın proporsional seçkini də əldən verəcəyi anlamına gəlir.
DÜNYA XƏBƏRLƏRİ
Mixeil Saakaşvilinin Gürcüstanda saxlanılması - təfərrüat
Onun fikrincə, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin "tryuku" "Milli hərəkat"a deyil, ümumilikdə müxalifətə zərər verdi.
"Saakaşvilinin tryuku müxalifətə ("Milli Hərəkat"a deyil) ciddi zərbə vurdu, onun ümumi nəticəsi 5-7% artıq ola bilərdi. Bu ona görə baş verdi ki, Saakaşvilinin elan etdiyi səfərbərlik avtomatik olaraq ikinci, daha böyük qütbün formalaşmasına təkan verdi", - Xuxaşvili Facebook-da yazıb.
Ancaq siyasətçi qeyd edir ki, hakim partiya əsas məsələnin öhdəsindən gələ bilib - Şarl Mişellə 43%-lik razılaşma və növbədənkənar parlament seçkisi aktuallığını itirdi.