BAKI, 3 oktyabr - Sputnik. Marneulidə keçirilən yerli özünüidarəetmə seçkilərində hakim “Gürcü Arzusu”nun namizədi Kənan Ömərov 68.01 faiz səs çoxluğu ilə qalib gəlib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında qeyd olunub.
Bildirilib ki, Marneuli üzrə seçki məntəqələrində səslərin sayılması tamamlanıb və ilkin nəticələrə əsasən, hakim partiyanın namizədi minimum 50 faiz seçki bariyerini keçərək ilk turdan qalib olub.
Hakim partiyanın həmçinin azərbaycanlıların yığcam yaşadığı Qardabani, Dmanisi və Bolnisi bələdiyyələrində də qalib gəldiyi bildirilir.
Hakim partiyanın həmçinin azərbaycanlıların yığcam yaşadığı Qardabani, Dmanisi və Bolnisi bələdiyyələrində də qalib gəldiyi bildirilir.