İDMAN

Mahir Emreli 2021-ci ilin ən çox qol vuran futbolçuları siyahısına düşüb

24 yaşlı forvard cari ildə "Qarabağ" və "Legiya"nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42 - 48-ci pilləri bölüşdürür.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, siyahıda Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli də yer alıb.
24 yaşlı forvard cari ildə "Qarabağ" və "Legiya"nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42 - 48-ci pilləri bölüşdürür. IFFHS-in siyahısında 56 oyunçu var.
Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski 50 qolla ilk pillədə qərarlaşıb. Dortmund "Borussiya"sından Erlinq Holann (41) ikinci, İspaniya "Barselona"sından Fransa PSJ-sinə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.
Mahir Emreli İspaniya "Barselona"sından "Atletiko" (Madrid) klubuna icarəyə verilən Antuan Qrizmanndan (22 qol) və İtaliya "Latsio"sunun forvardı Çiro İmmobiledən (22) daha çox qol vurub.