Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
S.Qalstyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu bildirmişdi.
Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Galstyan da həbsdədir.
Yerevan məhkəməsi Tonoyanla bağlı iki aylıq həbs qətimkan tədbiri seçib.
Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.
Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıblar.