"Hərbi prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşdırılması, eləcə də, fəaliyyətinin çevikliyinin və səmərəliliyinin daha da artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq olunmuş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmiş, Kriminalistika şöbəsi ilə İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi birləşdirilərək Kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılmış, bəzi şöbələr ləğv edilərək onların bazasında yeni idarə və şöbələr, o cümlədən, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsi və Təşkilat və icraya nəzarət şöbəsi yaradılmışdır", - Hərbi prokuror qeyd edib.