AZƏRBAYCAN XƏBƏRLƏRİ

Nigar Arpadaraiyə yeni vəzifə verilib

O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzəçi təyin olunub.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadaraiyə yeni vəzifə verilib.
O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzəçi təyin olunub.
Bu barədə deputat özünün “Facebook” səhifəsində məlumat verib.
Qeyd edək ki, AŞPA-nın sentyabrın 27-dən başlayan payız sessiyası bu gün yekunlaşır.
Nigar Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.
O, 2006-cı ildən 2009-cu ilə qədər Avropa Komissiyasının Azərbaycandakı Xüsusi Elçisinin Ofisinin Əlaqələndirici Şəxsi, sonradan isə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin Mətbuat Katibi olub.
2009-cu ildə Azerfon şirkətində çalışaraq Marketinq Ünsiyyət vasitələri, Brendin Strateji Mövqeləndirilməsi üzrə menecer vəzifələrində çalışıb. 2012-ci ildə Azerfon şirkətinin Korporativ Ünsiyyət bölümünə rəhbərlik edib.
2016-cı ildən 2019-cu ilə qədər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin direktoru olub.
2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələrinə əsasən 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.