SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa Böyük Britaniya ilə münasibətlərini yenidən nəzərdən keçirəcək

Bir müddət əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizliyə dair AUKUS müqaviləsini imzalayaraq Fransanın "Naval Group" şirkəti ilə sualtı qayıqlara dair imzalanmış müqavilədən çıxdığını bəyan edib.
Sputnik
BAKI, 29 sentyabr - Sputnik. Paris Londonla münasibətlərini yenidən nəzərdən keçirməlidir. Çünki İngiltərə öz öhdəliklərini pozub. RİA Novosti xəbər verir ki, bunu Fransa XİN rəhbəri Jan-İv Le Drian deyib.
"Biz münasibətlərimizi yenidən nəzərdən keçirməliyik. London bilməlidir ki, öhdəliklərini, o cümlədən ticarət və əməkdaşlığa dair sazişi pozub", - deyə Le Drian Fransa Senatının xarici işlər komissiyasının iclasında bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizliyə dair AUKUS müqaviləsini imzalayaraq Fransanın "Naval Group" şirkəti ilə sualtı qayıqlara dair imzalanmış müqavilədən çıxdığını bəyan edib.
Qiyməti 56 milyard avro olan sövdələşmə "əsrin müqaviləsi" adlandırılırdı. Müqaviləyə əsasən Fransa 12 ədəd "Barracuda" tipli həmlə sualtı qayıqları inşa etməli idi.
Fransa XİN rəhbəri Le Drian Avstraliyanın bu hərəkətini "arxadan zərbə"adlandırıb. Etimadın qırıldığını vurğulayan nazir Parisin həm Avstraliya, həm də ABŞ-da izahat gözlədiyini diqqətə çatdırıb.
Hadisə iklə əlaqədar olaraq Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.