Şuşada axşamlar yanar işıqlar - "Azərişıq" əhali abunəçilərinin sayını açıqlayıb

Qurum rəsmisinin məlumatına görə, bu ilin iyun ayından Şuşada yeni əhali qrupu abunəçilərinin qeydiyyatına başlanılıb.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. "Azərişıq" ASC-i Şuşadakı əhali abunəçilərinin sayını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, hazırda "Azərişıq" ASC-nin Şuşada 100-dən çox əhali abunəçisi var. "ASAN Xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə bildirib ki, Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində əhali qrupuna aid abunəçi kodlarını aktivləşdirib.
Qurum rəsmisinin məlumatına görə, bu ilin iyun ayından Şuşada yeni əhali qrupu abunəçilərinin qeydiyyatına başlanılıb. Bu qrup abunəçi kodları da 15 simvoldan ibarətdir.