BAKI, 28 sentyabr — Sputnik. "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kiryat-Yam şəhərində 27 sentyabr - Anım Gününə həsr olunmuş musiqili aksiya keçirilib.
Sputnik Azərbaycan AzIzNews-a istinadən xəbər verir ki, Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalandırıldığı meydan guşəsində "Azİz"in fəal üzvü Salman Rabayev kamançada ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunan musiqi əsərlərini ifa edib. Musiqiçi şəhidlərimizin fədakarlıqlarının heç bir zaman unudulmayacağını bildirib, qazilərimizə sağlamlıqlarına qovuşmağı arzulayıb.
Məlumat üçün bildirək ki, musiqiçi uzun illərdir ki, İsraildə yaşayır. 1990-cı ildən oraya köçən musiqiçi Azərbaycan sənətini orada tanıdır.