CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan neftinin qiyməti son iki ildə maksimuma çatıb

Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 78,50 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri bahalaşır

London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 77,41 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 73,32 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.
Energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib ki, Azərbaycan OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində fəal iştirak etməyi planlaşdırır.
“Hesab edirəm ki, OPEC+ formatında verilən qərarların və atılan addımların düzgünlüyü şübhə doğurmur. Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində aktiv iştirak etməyi planlaşdırır”, - deyə nazir vurğulayıb.
Eləcə də oxuyun:
İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır
Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb
Mikayıl Cabbarov: “İnvestisiyalar üçün hələ də böyük potensial mövcuddur
Rusiyada Aİ-95 benzininin birja qiyməti rekord vurdu