Azərbaycan benzin qiymətlərindəki artım diqqətləri avtomobil bazarına yönəldib.
Görəsən qiymət artımı insanların avtomobil seçiminə təsir edəcəkmi?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a bildirib ki, maşın bazarında qiymət artımı ötən aylardan proqnozlaşdırılırdı: “Benzin qiymətlərində artım dizel yanacağı ilə çalışan avtomobillərə tələbi artırır. Eyni zamanda qənaətcilliyi ilə seçilən hibrid avtomobillərə də tələb artımına səbəb olur. Lakin tələbin artması o demək deyil ki, bu növ avtomobillərin qiymətləri kəskin bahalaşacaq. Hal-hazırda bazarda 2-5 faizlik artım müşahidə olunur. Lakin biz bunu benzinin bahalaşması ilə əlaqələndirməməliyik. Bu avtomobil istehsalçılarının istehsal həcmini azaltması ilə əlaqədardır”.
Eldəniz Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz