BAKI, 24 sentyabr — Sputnik. Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlarıın koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində həyata keçirilən kompleks tədbirlər davam etdirilir:
"Bu tədbirlər çərçivəsində sentyabrın 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Həmçinin oxuyun: