RUSİYA

Rusiyada qəzaya uğrayan hərbi təyyarənin ekipaj üzvlərinin hamısı ölüb

Sentyabrın 22-də texniki uçuş edən “An-26”b radarlardan itib. Sentyabrın 23-də təyyarənin düşdüyü yerdə axtarış aparılıb. Əməliyyat nəticəsində ekipaj üzvlərinin meyitləri tapılıb.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” hərbi yük təyyarəsinin ekipaj üzvlərinin hamısı ölüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Xidmətinin nümayəndəsi bildirib.
Bildirilib ki, təyyarənin göyərtəsində 6 heyət üzvü olub.
Xatırladaq ki, sentyabrın 22-də texniki uçuş edən “An-26”b radarlardan itib. Sentyabrın 23-də təyyarənin düşdüyü yerdə axtarış aparılıb. Əməliyyat nəticəsində ekipaj üzvlərinin meyitləri tapılıb.
22.09.2021- 18:04
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb
Rusiyaya məxsus “An-26” hərbi təyyarəsi Xabarovsk yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 6 nəfər olub.
Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Təyyarənin texniki uçuş həyata keçirdiyi bildirilir. İlkin məlumata görə, təyyarə Bolşexextsir qoruğunda təpələrlə toqquşub.
Təyyarənin pis hava şəraitinə görə qəzaya uğradığı ehtimalı var. Texniki nasazlıq versiyası da istisna edilmir. Axtarış əməliyyatları pis hava şəraiti və havanın qaranlıq olmasına görə çətinləşir.
Eləcə də oxuyun:
Rusiyadan Türkiyəyə uçan təyyarə qəza enişi edib
Rusiyada yoxa çıxan təyyarə tapıldı: Sərnişinlər də, ekipaj da sağ-salamatdır