BAKI, 22 sentyabr — Sputnik. Peyvənd olunmuş şəxslər arasında koronavirusa yoluxanların sayı çox deyil, onlar xəstəliyi bir xeyli yüngül keçirir, tək-tük hallarda xəstəxanaya yerləşdirilirlər. RİA Novosti xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Moskva şəhər merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova deyib.
O xatırladıb ki, yoluxma hallarının yenidən artdığı dövrdə insanlar öz sağlamlığının və təhlükəsizliyinin qeydinə qalmalıdırlar: maska taxmalı, peyvənd olunmalı, vaxtı çatanda vaksinin növbəti dozasını vurdurmalıdırlar.
"Qeyd etmək istəyirəm ki, vaksinasiya yoluxma riskini kifayət qədər aşağı salmağa imkan verən vasitədir. Peyvənd olunmuş şəxslər arasında koronavirusa yoluxanların sayı azdır, onlar xəstəliyi çox yüngül keçirir, nadir hallarda xəstəxanaya yerləşdirilirlər", – deyə Rakova vurğulayıb.
Eləcə də oxuyun:
BMT-nin iclasına gələn Braziliya səhiyyə naziri COVID-19-a yoluxub