CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çavuşoğlu və Blinken Qarabağa dair müzakirələr aparıblar

Təbii ki, onlar Əfqanıstanı müzakirə ediblər. Onlar həmçinin Suriyanı müzakirə ediblər. Bundan əlavə, onların Qafqaz – Ermənistan, Azərbaycan və Dağlıq Qarabağa dair ətraflı fikir mübadiləsi aparıblar.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstan və Qarabağdakı vəziyyəti müzakirə ediblər. Sputnik Azərbaycan "TASS"-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi ABŞ-ın BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakına dair jurnalistlər üçün təşkil edilən xüsusi brifinqdə bildirib.
Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, Blinken Çavuşoğlu, həmçinin Braziliya XİN rəhbəri Karlos Franso ilə görüşüb:
"Türkiyənin xarici işlər naziri ilə baş tutan görüş təxminən bir saat davam edib".
"Təbii ki, onlar Əfqanıstanı müzakirə ediblər. Onlar həmçinin Suriyanı müzakirə ediblər. Bundan əlavə, onların Qafqaz – Ermənistan, Azərbaycan və Dağlıq Qarabağa dair ətraflı fikir mübadiləsi aparıblar", - deyə rəsmi bildirib.
Həmçinin oxuyun:
Ərdoğan BMT-də Azərbaycanın mövqeyini müdafiə etdi