CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident dövlətə aid 3 maliyyə qurumunu bir Holdinqdə birləşdirib

Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank və Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Bu gün imzaladığı fərman və sərəncamlarla Azrəbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətə aid 3 maliyyə qurumunu İnvestisiya Holdinqinin idarəetməsinə verib. Bu barədə Sputnik Azərbaycan Azərtag-a istinadən xəbər verir.
Belə ki, Prezident İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" 7 avqust 2009-cu il tarixli və "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bundan əlavə dövlət başçısı "Azər-Türk Bank" ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Həmçinin oxuyun:
Azərbaycanda investisiya xidmətləri ilə bağlı yeni qaydalar təsdiqlənib