BAKI, 19 sentyabr - Sputnik. Rusiya Federasiyasının səkkizinci çağırış Dövlət Dumasına səsvermə başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.
Onun sözlərinə görə, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb.
Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.
Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.
Qeyd edək ki, Azərbaycanda yaşayan Rusiya vətəndaşları səkkizinci çağırış Dövlət Dumasına seçkilərdə iştirak ediblər. Bakıda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına keçirilən seçkilərin üçüncü günü - bazar günü Səfirlikdə təşkil olunmuş seçki məntəqəsində səs veriblər. Sentyabrın 11-də isə Gəncə şəhərində Rusiya vətəndaşlarının əvvəlcədən səsverməsi təşkil olunub.
Həmçinin oxuyun: