BAKI, 18 sentyabr — Sputnik. Çoxları istirahət etməyi və bekar olmağın faydalı ola biləcəyini unudub. Bu barədə Sputnik Radio-ya açıqlamasında Rusiyanın "Psixodemiya" Təhsil Mərkəzinin konsultativ psixologiya və psixoterapiya laboratoriyasının müdiri Nataliya Kiselnikova deyib.
Onun sözlərinə görə, məhsuldarlığa can atmaq insan həyatının daimi bir hissəsi olmamalıdır.
"Bekar olmaq, çətin ki, özü-özlüyündə nəticə hesab oluna, lakin o, dəyər ola bilər. Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur", - deyə Kiselnikova bildirib.
O vurğulayıb ki, əksəriyyət bekar olarkən özünü günahkar hiss edir ki, bu da insanın nə istirahətdən, nə də işdən həzz almaması ilə nəticələnir.
Psixoterapevtin sözlərinə görə, çoxlarının istirahət hesab etdiyi şey heç istirahət də deyil. Bura xəbərlərin oxunması və digər məlumat yüklənmələri daxildir. Kiselnikova insanlara hər gün ən az 15 dəqiqə tamamilə sakitlikdə qalmağı tövsiyə edir. Mütəxəssis vurğulayıb ki, bu heç də asan məsələ deyil.
Eləcə də oxuyun:
Bu dəfə tənbəllərə mükafat veriləcək - 300 avro