İDMAN

İdman şərhçisi: “Qarabağ”ın “Bazel”lə oyununda stadion amilini nəzərə almaq lazımdır”

İdman şərhçisi Sənan Şəfizadə deyib ki, qazanılan xallar komandamızın qrupdan çıxmaq şanslarını artıracaq
Sputnik
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı ilk sınağında İsveçrə “Bazel”ini qəbul edəcək.
İdman şərhçisi Sənan Şəfizadə “Qarabağ”ın bugünkü oyunda şanslarını Sputnik Azərbaycan-a şərh edib. O bildirib ki, bu oyun “Qarabağ” üçün asan olmayacaq: “Burada stadion amilini də nəzərə almaq lazımdır. “Qarabağ” uzun müddətdir oyunlarını Tofiq Bəhramov stadionunda keçirirdi. Burada azarkeşlər ot örtüyünə daha yaxından oyunu izlədikləri üçün onların dəstəyi stadionda hiss edilir. Ancaq indi oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Qurban Qurbanovun rəqibi təhlil etmək üçün yetərincə vaxtı olub. Klubumuz bu komandadan xal ala bilsə üstünlük olar. “Qarabağ”dan bu oyunda ən azı bir xal qazanmasını gözləyirəm. Qazanılan xallar komandamızın qrupdan çıxmaq şanslarını artıracaq”.
Sənan Şəfizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz