Taliblər Pəncşirə humanitar yardım göndərmək qərarına gəliblər

Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Taliban* üzvləri hərəkatın təyin etdiyi Nazirlər Kabinetinin birinci iclasında Pəncşir vilayətinə humanitar yardım göndərmək qərarına gəliblər. Bu barədə Əfqanıstanın "RTA" teleradio yayımları şirkəti məlumat verib.
Qeyd olunub ki, bu yaxınlarda Əfqanıstana gələn yardım vilayətə göndəriləcək.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edib.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Eləcə də oxuyun: