BAKI, 15 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir edərkən niyə Azərbaycan toponimlərindən (Eyvazlı və Çayzəmi") istifadə etməsinin səbəbini açıqlayıb.
Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
"Bunun çox sadə səbəbi var. Ermənsitan Respublikasının vətəndaşlarına aydın olmalıdır ki, problemli məntəqələr nə Ermənistan Respublikası, nə də Sovet Ermənistanının ərazisində deyil, ondan kənardadır. Yerevan bunu 2010-cu il tarixli inzibati ərazi bölgüsü haqqında qanunla de-yure qəbul edib", – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Paşinyan Gorus-Qafan yolunda baş verən insident barədə danışarkən, Eyvazlı və Çayzəmi kimi Azərbaycan toponimlərindən istifadə edib və bu, Ermənistanda birmənalı qarşılanmayıb.
Eyvazlı kəndi Qubadlının Ermənistanla həmsərhəd olan ən yaxın yaşayış məntəqəsidir. Kənd Bərgüşad çayının sahilində və dağların arasında yerləşir.
Çayzəmi isə Zəngəzurda yerləşən gölün adıdır.
Həmçinin oxuyun: