CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hulusi Akar: "Azərbaycana qarşı edilən təhdidləri bizə edilmiş kimi qəbul edirik"

Hulusi Akar bildirib ki, Ərdoğanla Əliyevin Ermənistana uzatdıqları sülh əlinin, sülhə, hüzura getmək üçün edilən bu təklifin qarşılıq tapması çox önəmlidir.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Bizim tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yanlışlıq etməməsi və regionda atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir. Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə bildirib.
"Cənab Prezidentimizlə cənab Əliyevin Ermənistana uzatdıqları sülh əlinin, sülhə, hüzura getmək üçün edilən bu təklifin qarşılıq tapması çox önəmlidir. Fəqət, çox təəssüflər olsun ki, tam bir cavab alınmasa belə, müəyyən iz və işarələr var. Bizim məqsədimiz sülh, dinc şəraitdə tərəflərin həm güvən, həm də rifah içərisində yaşamasıdır. Bizim tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yanlışlıq etməməsi və regionda atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir", - deyə Akar qeyd edib.
Türkiyə və Azərbaycan arasında yaxın qardaşlıq münasibətlərinə işarə vuran Akar bildirib: "Azərbaycana qarşı edilən təhdidləri bizə edilmiş kimi qəbul edirik".
Eləcə də oxuyun:
Zakir Həsənov: "Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir"
Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib
Üç qardaş - 2021 təlimində hava desant hazırlığı üzrə məşqlər keçirilib
Azərbaycan və Türkiyənin müdafiə nazirləri birgə taktiki-uçuş təlimlərini izləyiblər