BAKI, 15 sentyabr — Sputnik. Xəstəliyə yoluxduqdan sonra əmələ gələn təbii immunitet 6-8 aydan sonra aşağı düşür.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda çıxışı zamanı deyib.
O bildirib ki, buna görə 3-cü - buster dozanın vurulması məsləhətdir: "Xüsusən xroniki xəstəliyi olanlarda formalaşan immunitet müddəti daha az ola bilər. Buna görə xəstəlik keçirən şəxslərdə arxayınlıq yaranmamalı, özlərini qorumalıdırlar. Qeyd edim ki, iki doza "Sinovac" vurdurduqdan sonra 3-cü doza yeni vaksinin vurulması buster doza deyil. Bu, artıq yeni vaksinasiyadır".