Bu hallarda övladınızı məktəbə göndərməyə bilərsiniz

Övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar. Onlar həm də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Təhsil Nazirliyi övladını məktəbə göndərmək istəməyən valideynlərin yeni tədris ilində iltizam ərizəsi yazıb-yazmayacağı məsələsini aydınlaşdırıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar:
"Birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq. Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilərlər.
İkinci hal isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlərin övladını məktəbə göndərməməsi ilə bağlıdır. Valideynlər xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir. Bu barədə daha dəqiq məlumat verəcəyik".
Həmçinin oxuyun:
* Məktəbli formasının bazarı "bağlanıb" - Valideynlər artıq xərcə düşmək istəmirlər
Nazir kimlərin məktəbə buraxılmayacağını açıqladı
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab