Taliblər* konstitusiyaya baxılması üçün xüsusi komissiya yaradacaqlar

Taliblər israr edirlər ki, gələcəkdə ölkənin əsas qanununda Əfqanıstanın İslam dövləti olduğu qeyd edilsin.
Sputnik
 
BAKI, 13 sentyabr — Sputnik. Əfqanıstanda hakimiyyətə gələn Taliban* hərəkatı ölkə konstitusiyasına yenidən baxılması üçün xüsusi komissiya yaradacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Süheyl Şahin məlumat verib.
"Bunun üçün (konstitusiyaya yenidən baxılması - red.) xüsusi bir komissiya yaradılacaq, ancaq bununla bağlı hələ heç bir tarix yoxdur", - deyə Şahin bildirib.
Bu yaxınlarda taliblərin nümayəndəsi Zabiulla Mücahid bildirib ki, hökumət sistemi təsdiqlənən kimi Əfqanıstan konstitusiyası ya yenidən yazılacaq, ya da ona düzəlişlər ediləcək. Taliblər israr edirlər ki, gələcəkdə ölkənin əsas qanununda Əfqanıstanın İslam dövləti olduğu qeyd edilsin.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Eləcə də oxuyun:
Taliblərlə xüsusi siyasət aparmalı: beynəlxalq təşkilat humanitar fəlakətdən çəkinir
Bağlandakı müqavimət qüvvələri taliblərə pusqu qurublar – mənbə
BMT əməkdaşları Kabilə qayıdıblar
11 sentyabr terroru haqqında iddialar – xüsusi xidmət orqanları buna necə göz yumub?