CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Нava yenidən dəyişir

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-23° isti, gündüz 27-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Həmçinin oxuyun:
Nazirlik: Ekoloji tələblərə cavab verməyən müəssisələr bağlanır və ya modernləşdirilir