BAKI, 12 sentyabr — Sputnik. Alkoqollu içkilərdən asılılığın əsas əlaməti şəxs tərəfindən həmin içkilərə qarşısıalınmaz meylliliyin inkar olunmasıdır. Bunu Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqay yerli radiostansilyaların birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, tibb sahəsində çalışan mütəxəssislər bu halı “anozoqneziya” (xəstənin öz xəstəliyini inkar etməsi - red. qeydi) adlandırırlar.
Nazir müavini bildirib ki, alkoqoliklər adətən heç bir asılılıqlarının olmadığını, sadəcə olaraq içməkdən xoşları gəldiyini və buna görə də içdiklərini bildirirlər:
"Onlar eyni zamanda bu zərərli meyldən yaxa qurtarmaq üçün mütəxəssisin yardımına ehtiyaclarının olduğunu da etiraf etmirlər”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Salaqay Rusiyanın heç də dünyanın “ən çox içən” olkəsi olmadığını, ölkədə alkoqol istifadəsinin tədricən azaldığını da diləgətirib.
Nazir müavininin sözlərinə görə, 2014-2017-ci illərərzində Rusiya Avropada adambaşına ən az spirtli içki qəbul edilmiş ölkələrindən olub. Belə ki, hesabat dövründə ölkədə adambaşına il ərzində 0,83 litr mütləq alkoqol (99,4%-lik təmiz spirt - red. qeydi) qəbul edilib.
Alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir. Alkoqolun qəbulu ruhi və davranış pozğunluqları, həmçinin bir sıra digər qeyri-yoluxucu sağlamlıq problemləri və xəsarətlərin yaranmasında əsas səbəblərdən biridir. Alkoqolun mütəmadi və çoxlu miqdarda qəbulu nəinki fərdin sağlamlığına, həmçinin bir sıra insanların və cəmiyyətin ictimai və iqtisadi vəziyyətinə zərərli təsir göstərir.