İDMAN

Şenol Günəş istefaya göndərildi

Tanınmış futbol mütəxəssisi ilk dəfə 2000-2004-cü ildə Türkiyə millisinə rəhbərlik edib, daha sonra isə o, 2019-cu ilin fevralında yenidən komandanın sükanı arxasına keçib.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat federasiyanın saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, 69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Xatırladaq ki, Türkiyə millisi DÇ-2022-nin son seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub.
Qeyd edək ki, Şenol Günəş ilk dəfə 2000-2004-cü ildə Türkiyə millisinə rəhbərlik edib, Daha sonra isə o, 2019-cu ilin fevralında yenidən komandanın sükanı arxasına keçib.