FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Başa bəla buynuz: Kərgədanları qorumaq üçün buynuzlarını kəsirlər

Buynuz alverçilərinə hətta Avropada da rast gəlinir. 2017-ci ildə naməlum şəxslər Fransa paytaxtı Parisin yaxınlığındakı Tuari zooparkına soxularaq Vins ləqəbli 5 yaşlı kərgədanı öldürüb və buynuzlarından birini mişarla kəsərək aparıblar.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Təkdırnaqlılar fəsiləsindən olan bu məməli heyvanın Afrika və Asiyada beş növü mövcuddur. Kərgədanları digər canlılardan fərqləndirən əsas cəhət burnunun üstündə bir və ya iki buynuzun olmasıdır. Əslində, elə bu buynuz da heyvanının başına bəla olur. Məsələ burasındadır ki, kərgədan buynuzu hazırda bütün dünyada ən bahalı məhsulların siyahısındadır. Brakonyerlər buynuzunu kəsib satmaq üçün həmin heyvanları qırıb axırına çıxırlar. Bu səbəbdən 1977-ci ildən dünyada kərgədan buynuzunun satışı qadağan olunub.
Ancaq kərgədan buynuzu o qədər baha qiymətə satılır ki, bu qadağa da brakonyerlərin qarşısını ala bilmir. Qara bazarda kərgədan buynuzu nə az, nə çox, düz – 50 min avroya satılır.
2015-ci ildə Zimbabvedə 1300 kərgədan buynuz alverçilərinin qurbanı olub. Nəticədə 2016-cı ilin yayında Zimbabve hökuməti ölkədə 700 kərgədanın buynuzunun kəsilməsi ilə bağlı göstəriş verib.
Buynuz alverçilərinə hətta Avropada da rast gəlinir. 2017-ci ildə naməlum şəxslər Fransa paytaxtı Parisin yaxınlığındakı Tuari zooparkına soxularaq Vins ləqəbli 5 yaşlı kərgədanı öldürüb və buynuzlarından birini mişarla kəsərək aparıblar.
Bu hadisə kərgədanların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Fransadakı hadisə göstərib ki, kərgədanların təhlükəsizliyi üçün buynuzlarının kəsilməsindən başqa yol yoxdur.
Bu günlərdə Cənubi Afrika Respublikasındakı qoruqlardan birində sözügedən heyvanları qorumaq üçün onların buynuzlarını kəsməyə başlayıblar. Daha ətraflı Sputnik Azərbaycan-ın fotolentində.
1 / 10
Qoruq işçiləri kərgədanın buynuzunu kəsirlər.
2 / 10
Qoruq işçiləri kərgədanlarının kəsilmiş buynuzlarını aparır.
3 / 10
Qoruq işçiləri kərgədan balası ilə birgə.
4 / 10
Qoruq işçiləri buynuzunun kəsilmə əməliyyatından əvvəl kərgədanın gözlərini bağlayırlar.
5 / 10
Yatızdırılmış kərgədanın buynuzunun kəsilmə əməliyyatı.
6 / 10
Buffalo Dream rançosunda kərgədanın buynuzunun kəsilmə əməliyyatı.
7 / 10
CAR-da ən böyük kərgədan qoruğu sayılan Buffalo Dream rançosunda kərgədanlar.
8 / 10
Kərgədan balasını Buffalo Dream rançosuna köçürməkdən əvvəl müalicə edirlər.
9 / 10
Qoruq işçiləri buynuzunun kəsilmə əməliyyətından əvvəl kərgədanı sakitləşdirirlər.
10 / 10
Qoruq işçisi öz atı ilə Buffalo Dream rançosunda kərgədana baxır.