BAKI, 9 sentyabr — Sputnik. Xalq artisti Flora Kərimova küçə musiqiçisi ilə mahnı oxuyub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Xalq artisti küçədə eşitdiyi musiqinin ardınca gedib və gitarada ifa edən şəxslə birlikdə 70-ci illərdə ifa etdiyi "Necə unudum səni" mahnısını ifa edib.
Məlumat üçün bildirək ki, "Necə unudum səni" mahnısının musiqisi Əməkdar incəsənət xadimi Oqtay Rəcəbova, sözləri isə Zivər Ağayevaya məxsusdur. Mahnı 1979-cu ildə ilk dəfə Flora Kərimova tərəfindən ifa edilib. Həmin mahnı sonradan bir çox müğənnilər tərəfindən ifa edilib.