CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni nazir kollektivə təqdim olundu

Prezident Administrasiyası: İdman sahəsində biliyi, təcrübəsinə görə ölkə rəhbəri tərəfindən bu məsul vəzifə ona həvalə edilib. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizi qürurlandırır. Uğurlara baxmayaraq, bəzi çatışmazlıqlara diqqət yetirməliyik.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, F.Qayıbovu kollektivə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev təqdim edib.
O, yeni nazirin idman ictimaiyyətində yaxşı tanınan biri olduğunu vurğulayıb:
"İdman sahəsində biliyi, təcrübəsinə görə ölkə rəhbəri tərəfindən bu məsul vəzifə ona həvalə edilib. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizi qürurlandırır. Uğurlara baxmayaraq, bəzi çatışmazlıqlara diqqət yetirməliyik".
Yeni gənclər və idman naziri Fərid Qayıbov ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib: "Hamımızın Azərbaycan idmanında olan çətinliklərlə bağlı məlumatımız var. Biz bu işlərin birlikdə öhdəsindən gəlməliyik".
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.
Həmçinin oxuyun:
Prezident gənclər və idman naziri barədə sərəncam imzaladı