CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tacikistanda 5,5 bal gücündə zəlzələ

Yeraltı təkanların episentri Murqab yaşayış məntəqəsindən 71 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Bu gün səhər saatlarında Tacikistan ərazisində zəlzələ baş verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Avropa-Orta Asiya Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə səhər saat 07:20 radələrində baş verib. Yeraltı təkanların episentri Murqab yaşayış məntəqəsindən 71 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.
Həmçinin oxuyun:
"İda" qasırğasının fəsadları: Zərərçəkənlər, dağıntılar və iflic olmuş enerji sistemi