00:58 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
© Ruptly

ABŞ-ın Luiziana ştatının sahillərinə düşən "İda" qasırğası böyük dağıntılara səbəb olub və iki milyona yaxın insanı işıqsız qoyub.Ətraflı videoda.

Qasırğadan sonra yaranmış dağıntıları aradan qaldırmaq üçün ştatın bütün Milli Qvardiyası, 34 helikopter və təyyarə, bu şəraitdə hərəkət edə bilən 200 avtomobil cəlb olunub.

Hələlik bir nəfərin ölümü təsdiqlənib, ancaq ştatın qubernatoru daha çox ölüm olacağına əmindir. "İda" qasırğasının yaratdığı fəsadları lentə alınıb. Nyu-Orlean küçələri zibilliklə əhatə olunub. Kadrlarda yolun hərəkət hissəsində sınıq konstruksiyalar, kökündən qoparılan ağaclar və bölgədəki dağıdıcı təbii fəlakətin digər nəticələri göstərilib.

Medianın məlumatına görə, külək saatda 250 kilometr sürətə çatırdı. Qasırğa əvvəlcə dördüncü dərəcəli Atlantik siklonu kimi təsnif edilib, ancaq sonradan birinci kateqoriyaya qədər zəifləyib. Güman edilir ki, onun şimala doğru hərəkəti güclü yağışlara səbəb olacaq. "İda" 2005-ci ildə 1800-dən çox insanın ölümünə səbəb olan "Katrina" qasırğasından düz 16 il sonra ABŞ-da tüğyan edib.

Həmçinin oxuyun:

Haitidə zəlzələ qurbanlarının sayı 700-ü ötüb

Teqlər:
qasırğa

Digər videolar

Əsas mövzular