BAKI, 7 sentyabr — Sputnik. "Lukoyl"-un prezidenti Vahid Ələkbərov bildirib ki, dünya bazarında neftin qiyməti 100 dolları keçərsə, bu, yaxşı nəticələrə gətirib çıxarmayacaq. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.
Ələkbərovun fikrincə, neftin bahalaşması aşağı rentabelli və az effektli layihələrə investisiya qoyuluşunu artıra bilər ki, nəticədə də bazarın "çökməsi" baş verər.
"Neftin qiymətinin yenidən bir barel üçün 100 dolları keçdiyini görmək istəməzdik. Belə ki, bu, aşağı rentabelli, az effektli layihələri stimullaşdıra bilər. Bundan sonra da artıq bir dəfə keçdiyimiz nöqtəyə – bazarın "çökməsinə" qayıda bilərik", – deyə o bildirib.
Ələkbərov onu da əlavə edib neftin bir barelinin qiymətinin 65-75 dollar civarında qalması istehlakçılar üçün əlverişlidir və OPEC+ ölkələri neft hasilatının nizamlanması hesabına bu qiyməti saxlamaq niyyətindədir.
Qeyd edək ki, hazırda bir barel "Brent" markalı xam neftin noyabr fyuçerslərinin qiyməti 73 dollara yaxınlaşır.
Həmçinin oxuyun:
* OPEC+ hasilatının azaldılması sazişinin şərtlərini dəyişəcəkmi? - İlham Şaban şərh edir
* Vahid Ələkbərov: Neftin qiymətində kritik dövr artıq arxada qalıb