BAKI, 7 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev ümumtəhsil müəssisələrində övladı təhsil alan valideynlərdən COVID-19 pasportu tələbi məsələsinə aydınlıq gətirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdəki çıxışında qeyd edib ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir: "Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik".
Nazirin sözlərinə görə, vətəndaşların müəyyən məkanlara daxil olması üçün onlardan COVID-19 pasportu tələb olunur ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir:
"Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Lakin düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır".
Nazir həmçinin qeyd edib ki, 16-18 yaşlı uşaqlara vaksinasiya hələlik məcburi deyil: "Bu yaş qrupunda şagirdlər üçün vaksinasiya haqqında yeni qərar verildiyinə görə onlardan hələlik vaksin pasportu tələb olunmayacaq".
Həmçinin oxuyun:
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq