BAKI, 7 sentyabr — Sputnik. Orta məktəb şagirdlərinin məktəb daxilində maska taxmaları məcburi deyil. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazirin müşaviri Rüstəm Ağayev məlumat verib.
O bildirib ki, maska taxmaqla bağlı qərar valideynlərin istəyindən asılıdır: "Biz ötən il də valideynlərə imkan yaratmışdıq ki, onların istəyinə uyğun olaraq şagirdlər məktəbdə maska taxa və ya taxmaya bilərlər. Bu il də qaydalar eyni olacaq".
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə məktəbdaxili qiymətləndirmə məsələsinə toxunub. O bildirib ki, məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək:
"Böyük (BSQ və kiçik summativlər (KSQ) təşkil ediləcək. Bunun üçün müəllimlərə veriləcək təlimati məktublar hazırlanaraq yaxın günlərdə yerlərə göndəriləcək".
Həmçinin oxuyun:
* Böyük auditoriyalarda mühazirələrin əleyhinəyik - Təhsil naziri rektorlarla danışacaq