RUSİYA

Rusiya sərhədləri yaxınlığında ABŞ biolaboratoriyalarının olmasından narahatdır

Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Yuri Averyanov bildirib ki, bu laboratoriyalardakı ölümcül mikrobların "təsadüfən" təbiətə düşə və həm Rusiya ərazisində, həm də qonşu ölkələrdə insanların kütləvi şəkildə məhv edilməsinə səbəb ola bilər.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Rusiyanın İstintaq Komitəsi sədrinin müavini Aleksandr Fyodorov bu ölkənin sərhədlərinin perimetri boyunca ABŞ-ın bioloji laboratoriyalarının inşasına münasibət bildirib. Bu barədəd Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
"Rusiya Federasiyasının sərhədi boyunca və ya həmsərhəd dövlətlərdə ABŞ hərbi idarəsinin xarici bioloji infrastrukturunun nəzarətsiz, məhdudiyyətsiz genişlənməsi həm Rusiya mütəxəssislərinin, həm də dünya ictimaiyyətinin narahatlığına səbəb olub", - deyə o, "Xabarovsk prosesi: tarixi dərslər və müasir çağırışlar" beynəlxalq forumunda bildirib.
Dünyada, xüsusən də Rusiya və Çin sərhədlərində ABŞ nəzarətində olan daha çox yeni bioloji laboratoriyaların yaranmasını Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev aprel ayında "Kommersant" qəzetinə verdiyi müsahibədə vurğulayıb. Patruşev qeyd edib ki, orada bioloji silahların hazırlandığını düşünmək üçün əsas var.
May ayında Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Yuri Averyanov RİA Novosti-yə verdiyi müsahibədə bildirib ki, bu laboratoriyalardakı ölümcül mikrobların "təsadüfən" təbiətə düşə və həm Rusiya ərazisində, həm də qonşu ölkələrdə insanların kütləvi şəkildə məhv edilməsinə səbəb ola bilər. O, həmçinin Vaşinqtonun bir çox ölkələr üçün fərdi hərbi bioloji tədqiqat planları hazırladığını və onların icrasını müxtəlif birgə proqramlar vasitəsilə həyata keçirdiyini bildirib.
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunyin Averyanovun sözlərini şərh edərkən bildirib ki, Çin tərəfinin dəfələrlə ABŞ-ı bu cür fəaliyyətlərlə bağlı aydın izahat verməyə çağırmasına baxmayaraq, ABŞ, bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı narahatlığa heç bir əhəmiyyətli cavab verməyib.
25-30 dekabr 1949-cu ildə keçirilən Xabarovsk prosesi zamanı militarist Yaponiyanın SSRİ-yə qarşı müharibə aparmaq üçün qəddar planları məlum olub. Dünya ilk dəfə Yaponiyanın aparmaq istədiyi bakterioloji müharibə haqqında məlumat alıb. Bu planların qarşısını 1945-ci ilin avqustunda Uzaq Şərq kampaniyası zamanı Qızıl Ordunun sürətli hücumu alıb. Xabarovsk prosesi İkinci dünya müharibəsinə hüquqi nöqtəni qoyub.
"Xabarovsk prosesi: tarixi dərslər və müasir çağırışlar" forumu da, 1946-1948-ci illərdə keçirilən Uzaq Şərq üçün beynəlxalq hərbi tribunalının 75 illiyinə həsr olunub. Forum Prezident Qrantları Fondunun dəstəyi ilə keçirilib. RİA Novosti forumun təşkilatçılardan biridir.
Həmçinin oxuyun:
İmmunoloq: pandemiya 2024-cü ilə qədər bitəcək