SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müqavimət hərəkatının lideri Pəncşirdə soydaşlarına müraciət edib

Bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Pəncşirdə soydaşlarına müraciət edən müqavimət hərəkatının lideri Əhməd Məsud əfqanları Taliban* hətrəkatına qarşı üsyana qalxmağa çağırıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Pəncşirdəki müqavimət qüvvələrinin lideri audio-müraciətdə döyüşçülərin hələ də adı çəkilən əyalətdə qaldıqlarını və taliblərə qarşı mübarizə apardıqlarını bəyan edib.
O həmçinin baş vermiş son hadisələrdən sonra Əfqanıstanın geri qalmış ölkəyə çevrilə və izolyasiyaya düşə biləcəyini qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarına Pəncşir mücahidləri Talibanın* əyalati tamamilə ələ keçirdikləri ilə bağlı yaydığı bəyanatı təkzib edib və mübarizəni davam etdirəcəklərini bildiriblər.
"Müqavimət cəbhəsinin gücləri bütün vadi boyunca ən strateji mövqelərdə qərar tutublar. Biz Əfqanıstan xalqını əmin edirik ki, taliblər və onların havadarlarına qarşı mübarizə ədalət və azadlıq zəfər çalana kimi davam etdiriləcək", – deyə müqavimət hərəkatının "Twitter" hesabında bildirilib.
Xatırladaq ki, avqust ayında Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgələrindən biri sayılan Pəncşirdir. Bu ərazidə səhra komandiri Əhməd Məsudun rəhbərliyi altında taliblərə qarşı müqavimət göstərən qüvvələr toplaşıblar.
Sentybarın 4-də Taliban Pəncşirin dörd rayonunu – Şutal, Ənnəba, Paryan və Hinc – nəzarət altına aldığını və əyalətinin mərkəzinə doğru irəlilədiyini bəyan etmişdi. Bu gün səhər saatlarında isə artıq Pəncşirin tamamilə taliblərə təslim olduğu bildirilmişdi.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı