VİDEO

Moskvalı rəssam yüksək dağ gölünün dibində rəsm çəkir

Sualtı rəssam və dalğıc Yelena Vorontsova avqustun 19-da "Qafqaz-2021" ekspedisiyası çərçivəsində Qaraçay-Çərkəz Respublikası ərazisindəki Kınqır-Çad yüksək dağ gölünün dibində rəsm əsəri çəkib.
Sputnik
Vorontsova dalğıc geyimində suya dalaraq xüsusi şəkildə astarlanmış kətanı 6 metr dərinlikdə gölün dibinə yerləşdirib və rəsm çəkməyə başlayıb. Rəssam həmin şəkli çəkmək üçün yağlı boyadan və xüsusi alətlərdən istifadə edib. O, kətan üzərində elə həmin gölün dibini təsvir edib: mavi sular və qayalar. Rəssam əsərini bir saatdan bir az çox vaxtda ərsəyə gətirib. "Mən orada (gölün dibində-red.) sualtı qayaları, mənzərəni təsvir etdim, naturadan, necə varsa, o cür", - deyə rəssam bildirib.
Yelenanın sözlərinə görə, ona qədər heç kim belə bir eksperiment etmək fikrinə düşməyib. Vorontsova rəsmi çəkəndən sonra dünya rekordunun müəyyən olunması üçün müraciət edib. Yelena Vorontsova sualtı rəssamlıqla 2015-ci ildən məşğul olur. O, artıq suya dalmaqla 40-dan çox rəsm əsəri yaradıb ki, onların arasında Baykal gölünün dibində çəkilmiş mənzərələr də var. 2017-ci ildə rəssam daha bir rekorda imza atıb: Ordinsk mağarasının 12,5 metr dərinliyində, 5 dərəcə müsbət temperaturda rəsm əsəri yaradıb.