Edit xanım qadınlar arasında ən yaşlı ştanq qaldıran kimi dünya rekorduna imza ataraq Ginnessin “Rekordlar” kitabına düşüb.
İdmançı nənə öz üzərində səylə çalışır və bunun nəticəsində yarışlarda bir xeyli mükafat qazanıb. Ancaq o, koronavirus pandemiyası ucbatından idman fəaliyyətinə fasilə verməli olub.
Edit sonuncu dəfə 2019-cu ildə, 98 yaşında yarışda çıxış edib və indi yeni müsabiqələrə hazırlaşır.
O əvvəllər rəqs müəllimi işləyib. Təqaüdə çıxandan sonra rəfiqəsi ona idman zalına yazılmağı məsləhət görüb. Həmin vaxt Editin nə az, nə çox, düz 91 yaşı olub və qadın ağırlıq qaldırma ilə maraqlanmağa başlayıb.
Və bunun sayəsində 2019-cu ilin payızında idmançı nənə nəinki evinə girmiş oğrunu dəf edib, hətta onu ağır zədələyib.
İdmançı nənə belə hesab edir ki, uzunömürlü olmasının və sağlam yaşamasının sirri aktiv həyat tərzi keçirməsindədir.