BAKI, 4 sentyabr — Sputnik. ABŞ Finlandiya hakimiyyətindən müxtəlif qruplaradan olan Əfqanıstan qaçqınlarına sığınacaq verməyi xahiş edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto məlumat verib.
ABŞ-ın Finlandiyaya minnətçi düşdüyü əfqan qaçqınlar arasında keçmiş hökumət üzvlərindən tutmuş qadın-hakimlərə qədər müxtəlif şəxslər var.
"Vaşinqton vasitəsilə bizə onlara yardım etməklə bağlı xahişlər gəlir. Amerikalılar Finlandiyaya müxtəlif sahələrdə fəaliyyət göstərmiş mütəxəssisləri qəbul etmək üçün müraciət edirlər", - deyə "Iltalehti" qəzetinə müsahibəsində Haavisto bildirib.
"Qruplardan birinə əvvəlki hökumətin əsas fiqurları və ölüm riski ilə üzləşə biləcək insan haqları müdafiəçiləri daxildir. Başqa bir qrup işini itirən təhsilli qadınlardan ibarətdir. Ölkədə təxminən 250 qadın hakimin olduğu bildirilir", - deyə nazir vurğulayıb.
Finlandiya Xarici İşlər Nazirliyindən avqustun sonunda verilən məlumata görə, Helsinkidə, Avropa İttifaqında, sülhməramlı missiyalarda işləyən təxminən 500 əfqan və onların ailə üzvləri bu ölkəyə gedib.
Qeyd edək ki, avqustun əvvəlində Taliban* Əfqanıstanda hakimiyyət qüvvələrinə qarşı hücumlarını gücləndirib. Hərəkatın silahlı birləşmələri avqustun 15-də paytaxt Kabilə girərək prezident sarayını ələ keçirib və avqustun 16-da Taliban Əfqanıstanda müharibənin başa çatdığını, yaxın vaxtlarda dövlətin idarəetmə formasının müəyyənləşdiriləcəyini bəyan edib.
Avqustun 30-dan 31-ə keçən gecə ABŞ ordusu Əfqanıstanda Amerikanın mövcudluğuna son qoyaraq Kabil hava limanını tərk edib.
* Rusiya ərazisində qadağan edilmiş terror təşkilatı
Həmçinin oxuyun: