BAKI, 3 sentyabr — Sputnik. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Azərsu" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. Bu barədə Sputnik Azərbaycan-a sözügedən müəssənin vəkili Sədrəddin İskəndərov məlumat verib.
Hüquqşünasın sözlərinə görə, 1998-2004-cü illər ərzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının "Azərsu"-nun Yasamal sukanal idarəsinə 170 mindən artıq borcu var. Həmin illərdən sonra Azərbaycanfilm" Kinostudiyası borcu tədricən ödəyib. Buna baxmayaraq, "Azərsu Yasamal sukanal idarəsi Kinostudiyadan həmin pulu tələb edib: "Əvvəlcə kinostudiyaya gələn suyun üzərinə krant qoydular, sonra həmin suyu bağladılar. Biz də məcbur olduq məhkəməyə müraciət edək.
Mülki qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, əvvəlki kimi dərhal məhkəməyə verib suyun dayandırlmasını qadağan etmək mümkün deyil. Biz onları mediasiyaya (Mediasiya-məhkəməyə qədər yaranan mübahisələrin həll edilməsi) verdik".
Mediasiya sesiyasının uzanmasına görə, kinostudiyanın su ehtiyatı tamamilə bitib. Hüquqşünasın sözlərinə görə, sözügedən qrum məhkəməyə gəlməyib: "Sonradan biz arayış aldıq ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Mediasiya sesiyasına gəlmədilər.
Biz borcların silinməsi üçün iddia ərzəsi vermişik. Su-kanalizasiya xidmətlərinin dayandırılmasını qadağan edilməsini həmin iddia üzərinə əlavə etmişik. 20 gündən artıqdır ki, su gəlmirdi. Vəziyyət həddindən artıq kritikdir. Mediasiya sesiyası olmasaydı, biz məhkəyə dərhal ərizə versəydik, bu problem aradan qalxacaqdı. Məhkəmə bir az uzun çəkəcək".
Qeyd edək ki, "Azərbaycanfilm" Kinostudiyası Məhdud Məsuliyyətli Cəmiyyətin çoxsaylı müraciətlərinə görə, yaxın saatlarda suyun verilişi bərpa olunub. Lakin borcun silinməsi problemi həll olunmayıb.
Həmçinin oxuyun:
"Azərsu" HAS-ın rəisi cərimələndi: O, ekologiyanı korlamaqda təqsirləndirilib