Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub.
Görüşün birinci hissəsində lüksemburqlu futbolçular 8-ci dəqiqədə istəklərinə nail olublar. Mikael Pintunun vurduğu top qapıdan keçib. 28-ci dəqiqədə Abbas Hüseynovun kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Rodrigeş fərqi artırıb – 2:0. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci yarıda Emin Mahmudov cərimə zərbəsindən vurduğu qolla (67-ci dəqiqə) hesab arasındakı fərqi azaldıb - 2:1.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Lüksemburq 3-cü pillədəki mövqeyini qoruyub. Üç oyundan sonra xalı olmayan Azərbaycan yığması isə sonuncudur. Qrupdakı digər rəqiblərdən İrlandiyanın da üç oyundan sonra xalı yoxdur. Qrupa 4 oyundan sonra 10 xal toplamış Portuqaliya liderlik edir. Serbiya 7 xalla ikinci yerdə gedir.