RUSİYA

Sergey Lavrov Talibana* müraciət etdi

Rusiya XİN-in rəhbəri münaqişə tərəfləri arasında danışıqların uğurla başa çatacağına ümid etdiyini bildirib.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Moskvada ümid edirlər ki, Taliban* hərəkatı Pəncşir əyalətində döyüşlərə başlamaqla bağlı öz planlarından imtina edəcək və Əfqanıstanın digər gücləri ilə dialoqa başlayacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Sputnik Azərbaycanın Rusiya mediasına istinadla verdiyi xəbər görə, nazir münaqişə tərəfləri arasında danışıqların uğurla başa çatacağına ümid etdiyini deyib.
"Ümid edirəm ki, hər bir halda danışıqlar yarımçıq qalmayacaq və hər hansı bir qərar qəbul olunacaq. Döyüş əməliyyatlarının bərpası ilə bağlı təhdidlər isə reallaşmayacaq", – deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, sentyabrın 2-də "Əl-Cəzirə" kanalı Talibanın* üsyançıların lideri Əhməd Məsudla danışıqlarının uğursuzluqla nəticələndiyi və silahlıların Pəncşir əyalətindəki müqavimət güclərinə hücuma keçəcəyi barədə məlumat verib.
Sentyabrın 1-də isə Taliban Pəncşirdəki altı əsas postu ələ keçirdiklərini bəyan edib. Ancaq müqavimət hərəkatı bu informasiyanı təkzib edib.
* - Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
Həmçinin oxuyun:
Taliban: Əfqanıstanda İslam Dövləti* ilə bağlı vəziyyətə nəzarət edirik
Narkotiklər, vergilər və mübhəm sponsorlar: taliblərin milyardları haradandır