BAKI, 1 sentyabr — Sputnik. Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban* hərəkatı "İslam Dövləti"* (İD) təşkilatı ilə bağlı vəziyyətə nəzarət edir. Bunu RİA Novosti-yə müsahibəsində hərəkatın rəsmi nümayəndəsi Muhamməd Naim deyib.
"Vəziyyət tədricən yaxşılaşır və siz özünüz də bunu görürsünüz. Biz vəziyyətə nəzarət edirik (İD* ilə bağlı – red. qeydi)", - deyə naim vurğulayıb.
Onun sözlərinə görə, taliblər ABŞ və Böyük Britaniyanın Talibanın* guya İD-nin kəsb etdiyi təhlükəyə qarşı durmaq iqtidarında olmadığı barədə bəyanatlarını oxumurlar.
* Rusiyada fəqliyyəti qadağan olunmuş terrorçu təşkilat.
Həmçinin oxuyun: